Mobil telefonlardan qiymətli metalı necə çıxarırlar…
Rusiyalı mütəxəssislər nadir metalı “saxlamaq” yolunu tapıblar
Rusiyanın Perm Politexnik Universitetinin alimləri işlənmiş smartfonlardan və maye kristal ekranlı digər cihazlardan nadir metalın - indiumun çıxarılması texnologiyasını hazırlayıblar.
İndium - özünəməxsus yataqlara malik deyil və təbiətdə yalnız digər metallarla qarışıq kimi tapılır. Onun ehtiyatları əriyir və ekspertlərin fikrincə, yaxın onilliklərdə tükənə bilər.
Eyni zamanda, maye kristal ekranların istehsalı üçün lazım olan əhəmiyyətli miqdarda nadir metal yüz milyonlarla smartfon və digər elektronika ilə birlikdə sadəcə utilizasiya olunur. Rusiyalı mütəxəssislər bu indiumu “saxlamaq” yolunu tapıblar.
Bu işdə onlara “Chlorella” cinsindən olan yosunlar kömək etdi. Onların qurudulmuş biokütləsi hüceyrə divarının məsaməli quruluşuna görə digər maddələri passiv şəkildə qəbul edə bilir. Susuzlaşdırılmış yosunlar sulfat turşusu ilə yuyulmuş toz ilə qarışdırılır, bundan sonra əzilmiş elektronikadan indium ionlarını udurlar.
Sonra qarışıq yandırılır və təmiz metal qalır. Bundan başqa, kəşf müəllifləri indiumun belə şəkildə çıxarılmasının zəhərli maddələrin əmələ gəlməsinə səbəb olmadığını qeyd edirlər.
Displeylərdən əlavə, indium astronomik güzgülərdə və fara reflektorlarında istifadə olunur.
(smotrim.ru)