Dünya artıq bir ovucdadır
Gələcəyin nəbzi: bəşəri təkamül və zərurətlərin elmə indekslənməsi
Dünyanın siyasi-iqtisadi gedişatını, gələcəyini proqnozlaşdırmaq üçün elmin trayektoriyasına nəzər yetirmək gərəklidir. Bəşəri təkamülün vektorlarını elmi trendlərə indeksləməklə gələcəyin nəbzini tutmaq olar.
17-ci əsrdən etibarən fəlsəfə praktiki-mexaniki elmə keçid etdi, çünki yeni formalaşan manufakturalar fiziki ixtiralar tələb edirdi.
18-ci əsrdən elmdə modern iqtisadiyyat, kapitalist bazar prinsipləri formalaşdı, çünki burjua bunu tələb edirdi.
19-cu əsrdən etibarən elmdə sürətlə böyüyən sənaye-əmək bazarını nizamlamaq üçün müəyyən anti-tezis hərəkatları baş verdi, çünki qlobal kapitala bu gərəkli idi.
20-ci əsrdən etibarən elmdə atomdan kosmosa ildırımsürətli ixtiralar baş verdi, çünki müharibə və ideologiyalar bunu tələb edirdi.
21-ci əsrdə elmdə 2 əsas trend var:
1) Yaşıl iqtisadiyyat
2) 4-cü sənaye inqilabı
Dünya artıq uzaqgörən siyasi-elitar insanların ovuclarının içərisindədir. Bəşəri təkamülün bazası sadəcə elmdədir. Çox önəmli bir faktor mövcuddur ki, elmi tədqiqatlar üçün problemin mövcud olması zərurətdir.
Çox qlobal problemlər olacaq. Dünya yerində dayana bilməz, təkamül gərəklidir və bu texnoloji inqilabın növbəti mərhələsi olan yeni sənaye inqilabı mütləq baş verəcək.
Ancaq eyni zamanda qeyd etdiyim kimi, dünya artıq bir ovucdadır və iqtisadi istismar olunacaq başqa planet ən azından yaxın gələcək üçün yoxdur. Bu dəfə bəşəriyyət növbəti təkamülü eko-ağılla keçməsə, insan sivilizasiyasının ümumi varlığı təhlükə altında olacaq. Bu baxımdan qeyd etdiyim kimi gələcəyin dünyasında texnoloji təkamül labüd, yaşıl iqtisadiyyat zərurətdir.
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”