Amerikalı alimlər ölü donuzu dirildiblər

Amerikalı alimlər ölü donuzu dirildiblər

Bu, ölümdən sonra canlıların orqanlarındakı hüceyrələrin dərhal ölmədiyini nümayiş etdirir

Amerikalı mütəxəssislər qrupu donuzun ölümü qeydə alındıqdan bir saat sonra onu canlandıra bilib. Heyvanın bədəninə xüsusi “OrganEx” mayesinin daxil edilməsi sayəsində heyvanı diriltmək mümkün olub. Elmi təcrübənin nəticələri "Nature" jurnalında dərc olunub.

Yelsk Universitetində çalışan alimlər donuzu həyata qaytarmağa nail olublar. Eksperimentlər çərçivəsində mütəxəssislər heyvana narkoz verib və ürəyini dayandırıblar. Və yalnız bir saat sonra sınaq subyekti donuzun ürəyini və ağciyərlərini əvəz edən aparata qoşulub.

Reanimasiyaya damarlarda qan axını və daxili orqanların fəaliyyətini bərpa edən eksperimental maye “OrganEx” kömək edib. Nəticədə toxumaların bütövlüyü qorunub və hüceyrə ölümü dayandırılıb. Ancaq indi donuzun taleyinin necə olduğu bildirilmir.

“Bu, əhəmiyyətli bir araşdırmadır. Bu, ölümdən sonra məməlilərin (o cümlədən insanların) orqanlarındakı hüceyrələrin dərhal ölmədiyini nümayiş etdirir. Elmi nöqteyi-nəzərdən ölüm bir neçə saat ərzində müalicə oluna bilən və geri qaytarıla bilən bioloji prosesdir”, - deyə tədqiqat qrupunun rəhbəri Sem Parnia bildirib.

(marpravda)