Süni almaz yağışı yağdırıldı

Süni almaz yağışı yağdırıldı

Bunu da gördük: plsatikdən almaz

Kaliforniyadakı SLAC Milli Sürətləndirici Laboratoriyasının alimləri Uran və Neptun planetlərində mövcud olan almaz yağışlarının yaradılması üçün təcrübə aparıblar.

Tədqiqatçılar Neptun və Uranın atmosfer şəraitini yaratmağa qərar veriblər. Bunun üçün onlara yalnız təmiz PET plastik və güclü lazer lazım idi. Lazer şüası plastikə yönəldildi və bir müddət sonra nano almazlar əmələ gəlməyə başladı.

Təcrübə almaz yağışlarının mövcudluğunu sübut etdi və eyni zamanda almaz yaratmaq üçün yeni bir üsul yaratdı. Alimlər hesab edirlər ki, almaz yağışı əvvəllər düşündüklərindən daha çoxsaylı ola bilər.

(potokmedia.ru)