Hitlerin qızıl saatı 1 milyon dollara satılıb – Yəhudilərdən etiraz

Hitlerin qızıl saatı 1 milyon dollara satılıb –

Avropa Yəhudi Assosiasiyası: “Bu əşyaların satışı iyrəncdir”

Almaniyanın N-TV telekanalının məlumatına görə, vaxtilə Adolf Hitlerə məxsus olan qızıl saat ABŞ-da mübahisəli hərracda 1 milyon dollardan çox qiymətə satılıb. “Alexander Historical” Həərac Evinin məlumatına görə, qartal və svastika həkk olunmuş, qapağı açılan korpuslu saat 1,1 milyon dollara satılıb.

Eyni zamanda, məbləğin 2-4 milyon dollar arasında olması nəzərdə tutulan qiymətdən xeyli aşağı olduğu ortaya çıxıb.

N-TV-nin məlumatına görə, Merilend ştatında keçirilən hərracda nasist dövrünə aid bir çox başqa əşyalar da satılıb. “Alexander Historical Auctions” saytının məlumatına görə, əvvəllər Berlində Reyx kanslerliyində qoyulan imperator qartalı üçün 200 min dollar ödənilib.

Hərrac evinin məlumatına görə, qızıl saatı Hitlerə 1933-cü ildə NSDAP üzvləri hədiyyə ediblər. Saat 1945-ci il mayın 4-də - Hitlerin intiharından dörd gün sonra - Berchtesgadendə, Hitlerin keçmiş Alp iqamətgahında fransız əsgəri tərəfindən tapılıb. Saatın onilliklər ərzində əsgərin ailəsində olduğu güman edilir.

Bu əşyaların satışı üzrə hərrac hələ başlamazdan əvvəl kəskin tənqidlərə səbəb olub. Avropa Yəhudi Assosiasiyası (EJA) hərracın ləğv edilməsinə çağırıb. "Bu əşyaların satışı iyrəncdir", - deyə EJA sədri ravvin Menahem Marqolin hərrac təşkilatçılarına açıq məktubda bildirib.

Marqolin, nasizmin irsinin, lazım gələrsə, muzeylərdə də yeri olduğunu, lakin onların auksionda satılmasını pisləyib. O, nasist dövrünün təxmini 6 milyon yəhudi qurbanına istinad edərək, soyqırımı törədən Hitlerin əşyalarının satışının nasist dövrünün dəhşətlərindən dərs almaq üçün heç bir faydası olmadığını söyləyib.

(russian.rt.com)