Tarixi bilgi mütləqdir, çünki...

Tarixi bilgi mütləqdir, çünki...

Və ya Valentin Gününün bizə dəxli varmı?

Valentin gününə iki baxış var: Eynicinsli biri ilə keşiş Valentinin bərabərliyinin etirafı günü, bir də Keşiş Valentinin o vaxt Romada hərb üçün bir müddət evlənməyi qadağan edən imperatorluğa qarşı miladi təqvimlə 14 fevral günü iki gənci evləndirməsi haqqında idi.

Əslində məsələ siyasi idi. Bilirik ki, orta əsrlərdə din siyasi gücün mənbəyi idi. Katoliklər digər xristianları qəbul etmirdilər və onları təbliğ edənləri öldürürdülər.

Əziz Valentin isə müxalif bir keşiş olaraq, insanları katolik qatı dindarlığından uzaqlaşdırıb, Hz.İsa yolunda gedən bir camaatlıq yaradırdı. Burada katoliklərin qoyduğu qadağalar deyil, azad münasibətlər önə çəkilirdi.

Keşiş Valentin də kilsədə, necə deyim, "zina evi" yaratmışdı. Gənclər ora gedərək, bir-biriləri ilə azad hisslərini bölüşürdülər.

Bu azadlıq da təbii ki, xoşlarına gəlirdi və getdikcə kütləviləşirdi. Artıq bir neçə keşiş belə evlər yaratmışdı.

İmperatorluq xəbər tutur ki, insanlar kilsəyə ibadətə deyil, başqa şeylər üçün gedirlər və kütləvi surətdə katolik qaydalarından üz çevirirlər, başçıları Valentini edam etdirdi.

Bir neçə əsr sonra bu günü xristianlar bayram etməyə başladılar. Kimi eynicinsliləri önə çəkmək üçün o variantdan istifadə edərək təbliğ etdi, kimi qədim Roma mifologiyasında sevgi allahının şərəfinə bu günü qeyd etdi, kimi də xristian keşişin azad hissləri təbliğ etməsinə sayğı olaraq.

Yəni bu bayrama haradan baxsan, bizim sevgili gənclərə aidiyyatı yoxdur. Amma edirlərsə də, xoşbəxt olsunlar, sevsinlər, sevilsinlər.

Müəllif: Şəhla Cabbarlı (tarixçi)

Mənbə: “Facebook”