Türk İranı, Fars İranı

Türk İranı, Fars İranı

Birincinin son qəlpəsi Azərbaycandır

Bəli, məncə, Azərbaycanımız İranla Turanın varisidir. Məhəmmədəmin demiş, "Zəmanəmizin Səyavuşu" olmaq bizim payımıza, taleyimizə düşür.

İki İran olub. Var: Biri, Türk İranıdır, digəri Fars İranı.

Türk İranının (yəni Elxanilər, Ağqoyunlular, Qaraqoyunlular, Cəlarilər, Çobanilər, Səfəvilər, Əfşarlar, Qacarlar) son qəlpəsi, bir parçası, Üzeyirsayağı son əsəri bax bu Azərbaycanımızdır.

Fars İranı isə... O da qoy öz taleyini yaşasın.

Həmişə demişəm, indi də təkrarlayıram: "Türkmənçay bizim ölkəmizi parçalayıb ilk növbədə. Sonra xalqımızı, xalqlarımızı".

Di, indi məni mühakimə edin bu "küfrümə görə".

Müəllif: Həmid Herisçi (yazıçı, iranşünas)

Mənbə: “Facebook”