Primitiv üsulla avtomobil oğurlamaq mümkünmüş

Primitiv üsulla avtomobil oğurlamaq mümkünmüş

Nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə: avtomobillərinizi özünüz qoruyun

Məlum olub ki, adi USB kabeldən istifadə etməklə bəzi KIA və “Hyundai” avtomobillərini oğurlamaq mümkündür. Düzdür, bu, yalnız kifayət qədər köhnə avtomobillərə aiddir.

2021-ci ildən etibarən ABŞ-ın bəzi ştatlarında yuxarıda qeyd olunan markaların avtomobil oğurluqlarının sayı kəskin şəkildə artıb. Eyni zamanda, Miluoki ştatında belə cinayətlərin artımı rekord həddə - 2644 faizə çatıb. “Kia Boys” adlı “YouTube” kanalının məlumatına görə, burada bir gündə 20-yə qədər belə avtomobil oğurlanır.

Mütəxəssislər müəyyən ediblər ki, ən çox 2015-ci ildən sonra istehsal olunmuş “Hyundai” avtomobilləri və 2011-ci ildən sonra istehsal olunmuş KIA avtomobilləri oğurlanır. Fakt budur ki, bu avtomobillərin bəzilərində adi immobilayzer yoxdur. Buna görə də maşın qaçıranların kabinəyə daxil olması və USB kabeldən istifadə edərək mühərriki işə salması kifayətdir.

Lakin istehsalın sonrakı illərində olan avtomobillərdə bunu etmək mümkün deyil. Çünki onlar bu cür cinayətlərə qarşı əla zavod müdafiəsinə malikdirlər.

Koreya avtomobil istehsalçılarının nümayəndələri öz modellərinin bu xüsusiyyətini yaxşı bilirlər. Eyni zamanda sahiblərinə də İstehlakçıya Yardım Mərkəzinə müraciət etməyi tövsiyə edirlər. Ancaq orada da, yəqin ki, problemin keyfiyyətli həllinə ümid etməməlisiniz.

Axı, avtomobil markalarının nümayəndələri köhnə avtomobilləri immobilayzerlərlə təchiz etmək fikrində deyillər. Buna görə də sahibləri nəqliyyat vasitələrini özləri qorumalıdırlar. Məsələn, etibarlı avtomobil siqnalizasiyası quraşdırmaqla.

(njcar.ru)