Qədim Mesopotamiyaya xəyali səyahət - FOTO
Bu boyda tarix, mədəniyyət bərbad gündədir
İraqın Erbil şəhəri. 6 min il yaşı var bu şəhərin. Şəhərin mərkəzindəki qədim Erbildir. Şəhərin içərisində 500 evlik kiçik bir şəhər var.
Ən qədim Mesopotamiya şəhərlərinin görüntüsü qalıb hələ də. Dairəvi xəndək sistemi görsənir. Qədimdə bu xəndəklər şəhərin müdafiəsi üçün su ilə örtülü olub ehtimal ki.
Bu boyda tarixi coğrafiya müharibələrdən, etnik münaqişələrdən və müsəlmanların öz ağılsızlıqları ucbatından bərbad gündədir. Halbuki, bu ərazilərdə elə restavrasiyalar etmək olar ki, insan özünü qədim Mesopotamiyaya səyahət etmiş kimi hiss edər.
Ayrıca, bir maraqlı cəhətə də fikir vermişəm. Hər il elə Azərbaycandan nə qədər insan bu coğrafiyalara dini ziyarətə gedir. Hələ birindən eşitməmişəm ki, belə bir yerləri də gedib görələr, daha da qədim tarixi hiss edələr.
Yaxın Şərqi belə, qərblilərin arxeologiya, tarixi platformalarından görürük. Halbuki, əsrlər boyu buralarda səltənət sürənlərin yanı başında olanlardan xəbərləri olmayıb. Elə indi də onlardan törəyənlərin belə, xəbərləri yoxdur.
Yaxın Şərqin hər qarış torpağında insanın sivilizasiya kimyası yatır. Bütün insanlıq sivilizasiyanın ilk iməkləməsini buralarda edib.
Foto aşağıda
Müəllif: Ramil Həsənov (araşdırmaçı, səyyah)
Mənbə: “Facebook”