“Bayden ölüləri görür”

“Bayden ölüləri görür”

“O, burada olmayan insanların əlini sıxır”

Dünyaca məşhur “USA Today” dərgisinin oxucuları Amerika Prezidenti Co Baydenin vəfat etmiş konqresmen Ceki Valorskiyə müraciətini şərh ediblər.

Xatırladaq ki, Bayden Vaşinqtonda keçirilən konfrans zamanı konqresmenin avtomobil qəzasında öldüyünü unudaraq Valorskini səsləyib: “Mən burada hamınıza təşəkkür etmək istəyirəm, o cümlədən iki partiyadan seçilmiş rəsmilər, o cümlədən, nümayəndə MakQovern, Senator Braun, Senator Buker, nümayəndə Ceki, buradasınız? Ceki haradadır? Düşünürəm ki, o, burada olmağı planlaşdırırdı”.

Brifinqdə jurnalistlərdən biri Baydenin mətbuat katibi Jan-Pyerdən Amerika liderinin niyə ölmüş insanlarla danışdığını soruşub. O, belə çaşqınlıq anlarının daha tez-tez baş verdiyini və onları izləyən amerikalıların narahat olmağa başladığını deyib.

Müvafiq suala cavab vermək əvəzinə, Jan-Pyer qəfildən müxbirin sözünü kəsib və bildirib ki, indi "onun çıxış növbəsi deyil".

Ağ Ev başçısının növbəti biabırçılığı nəşrin oxucularının lətifə mövzusuna çevirilib.

"Co sadəcə onu seçən insanlara səslənir", - deyə istifadəçi “protochris” yazır.

"O, orada olmayan insanların əlini sıxır", - deyə “av8rr” xatırladır.

"Ağ Evin mətbuat katibi vəziyyəti düzəltməyə çalışaraq vəziyyəti daha da pisləşdirir", - deyə Davskol əlavə edir.

"O, ölüləri görür", - deyə Malkolm Oza zarafat edir.

"Baydendən daha bir gözəl replika", - deyir Magnus Eid.

(Osnmedia)