Dünyanı kim idarə edir?

Dünyanı kim idarə edir?

Həyəcan təbili çalmaq zamanıdır

3-4 ay əvvəl Bayden, Putin və Xi-nin (Si Tsinpin) dünyanı kimin idarə etməsi haqda mübahisədən bir post paylaşmışdım. Üç böyük ölkə ABŞ, Rusiya və Çin liderləri mabahisə edirlər ki, dünyanı kim idarə edir.

Ortaq məxrəcə gələ bilmir, mübahisəni həll etmək üçün Hindistanın Baş nazirinə müraciət edirlər. Narendre Modi “Dünyada patron kimdir?” sorusuna “Bildiyim budur” deyərək aşağıdakı siyahını verir:

  1. “Google”un baş direktoru hindistanlı
  2. “Microsoft” CEO-su hindistanlı
  3. “Adobe” şirkətinin baş direktoru hindistanlı
  4. “Net App”in baş direktoru hindistanlı
  5. “MasterCard” CEO-su hindistanlı
  6. “DBS” CEO-su hindistanlı
  7. “Novartis” CEO-su hindistanlı
  8. “Diageo”nun baş direktoru hindistanlı
  9. “SanDisk”in baş direktoru hindistanlı
  10. “Harman” CEO-su hindistanlı
  11. “Micron”un baş direktoru hindistanlı
  12. “Palo Alto Networks” şirkətinin baş direktoru hindistanlı
  13. “Reckitt Benckiser”in baş direktoru hindistanlı
  14. “IBM” CEO-su hindistanlı
  15. Böyük Britaniya kansleri hindistanlı
  16. Böyük Britaniyanın daxili işlər naziri hindistanlı
  17. İrlandiyanın Baş naziri hindistanlı
  18. Amerika vitse-prezidenti hindistanlı
  19. Böyük Britaniyada Baş nazir hindistanlı…

Dünyanı kim idarə edir, gördünüzmü? Amma hamı “yəhudilər” deyir.

Təbii ki, dünyanı hindistanlılar idarə etmir. Bu yarızarafat paylaşımım əslində bir hind gerçəyini ortaya qoyur. Və təəssüf ki, Hindistan deyəndə hələ də bizim ağlımıza ilk olaraq hind filmləri və “Space” kanalı gəlir. Halbuki Hindistan Silikon Vadisinə hökmranlıq edən bir Digital Dünyanı idarə edən Super Zəkalar yetişdirir.

Və nə acıdır ki, Hindistan Ermənistanla ciddi şəkildə əməkdaşlıq edir, yeni texnologiyalar sahəsində sabaha ciddi yatırım qoyurlar. Məncə, həyəcan təbili çalmaq və Milli Digitallaşma Proqramı hazırlamaq lazımdır. Çünki:

GƏLƏCƏK ELMLƏ GƏLƏCƏK

GƏLƏCƏK ANA DİLİ İLƏ GƏLƏCƏK;

çünki

GƏLƏCƏK ÇOX TEZ GƏLƏCƏK

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”