Marsa neçə günə çatmaq olar?

Marsa neçə günə çatmaq olar?

İki planet arasındakı ən böyük məsafə 401 milyon km-dir

Mars Günəş sistemində Veneradan sonra Yerə ən yaxın ikinci planetdir. Qırmızı rəngə çaldığına görə planet Müharibə Tanrısının adını alıb.

Hər 26 ayda bir Mars Yerə yaxınlaşır – o zaman aralarındakı məsafə təxminən 57 milyon km olur (iki planet arasındakı ən böyük məsafə təxminən 401 milyon km-dir).

Bu yaxınlaşmaya Marsın müxalifəti və ya qarşıdurması  deyilir. Bu dövr Qırmızı Planetə uçmaq üçün ən optimal vaxtdır.

Hesablamalara görə, yanacaqdan qənaətlə istifadə etmək şərti ilə Marsa 9 ay (təxminən 270 gün) ərzində çatmaq olar. Curiosity Rover Marsa 254, Perseverance 204, Mariner 7 isə cəmi 128 günə uçdu.

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”