İcra başçısı icra başçısına qarşı: “Alkaş, əyyaş, içib qusan...”

İcra başçısı icra başçısına qarşı:

Cəsur məmurdan yeni xəbər: “Kabinetdən butılka yığmaqdan bezmişəm”

Qazax rayonu, daha doğrusu, Qazax Rayon İcra Hakimiyyəti (QRİH) və QRİH-in aşağıya meydan-yuxarıya nağıl, bəzən də əksinə - aşağıya nağıl-yuxarıya meydan oxuyan başçısı Rəcəb Abas oğlu Babaşovla bağlı “macəralar” bitib-tükənmir.

Əvvəldən redaksiyamıza daxil olan məlumatlar əsasında işıqlandırdığımız məqalələrdə bildirilirdi ki, Rəcəb Babaşov ona dəxli olmayan və səlahiyyətindən xaric olan, dövlət başçısının imza atdığı təyinatlara açıq etiraz edir.

Məsələn, yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırır, gənc başçılardan birini “matışka” hesab edir, digərini “südəmər bacıoğlu” kimi dəyərləndirir ictimaiyyət arasında.

Babaşovun trollarından biri redaksiyamıza ünvanladığı məktubda yazırdı ki, bu adam psixi xəstədir: “Bu PSİX gənc kadrları həzm edə bilmir. Prezidentin imzası ilə təyinat alan gəncləri həm aşkar təhqir edir, həm də altdan-altdan onlara “çamur atdırır”.

Məsələn, bu arada beyninə iki gənc icra başçısını salıb – Ağstafa Rayon İcra Hakimiyyənin başçısı Seymur Orucov və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov. Bizə onları “vurmağımız” üçün pul və təlimat verib”.

Adamın ARXASI var - aydındır. Ona görə kükrəyə bilir, çoşur, yıxır-sürüyür gözünə düşmən görünənləri.

Bir də psixikasında problem var Abasın gədəsinin - hər kəsi özünə düşmən və rəqib görür. Ciddi kompleksi var - gənclərə qarşı aqressiya daşıyır içində. Özünün yaşamadığı (Fazilin və Cavidin tulası olduğu zamanlar) gəncliyi başqalarının yaşamasından dolayı nifrətlə yatıb-qalxır!

Yaxşı, bunu da başa düşdük...

Bəs, həmyaşıdları olan məmurlarla dərdi nədir? Onlardan alıb-vermədiyi nədir bu PSİXin? Onlarla niyə düşmənçilik edir? Onları niyə aşkar söyür və gizli söydürür?

Məsələn?

Aşağıda oxucuların nəzərinə çatdıracağımız söhbət 5 nəfərin iştirakı ilə yaşanıb və redaksiyamıza da onlardan birinin kənara “sızdırması” vasitəsilə daxil olub:

QRİH başçısı Rəcəb Babaşov, indi QRİH başçısının birinci müavini olan (o zaman Ərazi idarəetmə şöbəsinin müdiri olmuş) Məhəmməd Alıyev, QRİH başçısının müavini Gülaya Həsənova, indi QRİH-in Ərazi idarəetmə şöbəsinin müdiri (o zaman heç kim olmuş) Adil Vəliyev və Babaşovun özü ilə rayona gətirdiyi köməkçisi-işverəni Əmin adlı gənc bir oğlan.

O zaman Abasın oğlu ətrafında təzim edən bu 4 nəfərə bunları bəyan edib:

“Kabinetdən butulka yığmaqdan bezmişəm. Alkaşın birini icra başçısı təyin edirlər. Belə olarmı?! Olmaz! Səhər qalxır-içirmiş, günorta durur-içirmiş, axşam yatır-içirmiş. Biabırçılıqdır!”.

Oxuculara məlum olsun deyə söhbətin kimdən getdiyini qeyd etməliyik. Rəcəb Babaşovun söydüyü, alkaş adlandırdığı, “kabinetindən butılka yığmaqdan bezdiyi” şəxs Ayaz Əsgərovdur. 2011-2016-cı illərdə Qazax Rayon İcra Hakimiyyətinə, 2016-cı ildən bu yana isə Yardımlı Rayon İcra Hakimiyyətinə başçılıq edən məmur.

1964-cü il doğumlu - Rəcəb Babaşovdan 1 yaş kiçik. Ayaz Əsgərov elə də gənc sayılmır axı?! Ki, Babaşovun onu gəncliyinə qısqandığını düşünəsən.

Yenə də gəlirik eyni məntiqə: Rəcəb PSİXdir və ciddi müalicəyə ehtiyacı var.

Nəysə, qayıdırıq QRİH-dən redaksiyamıza ünvanlanan diqqətçəkən məlumatın davamına:

“Babaşova özündən əvvəlki başçı Əsgərov haqqında dosyeni Məhəmməd Alıyev (rayonda göygöz kimi də tanınır, dezertir kimi də, arvad-uşağının yanında urvatsız kimi də) təqdim edib. Deyib ki, “cənab başçı, Ayaz günortayadək ayıq olurdu, günortadan sonra ley-pey”.

Bunu həmin Alıyev deyir ki, Ayaz Əsgərovun vaxtında onun g....ə girirdi, daha əvvəlki başçı Rauf Hüseynovun maxinasiyalarını Ayaz müəllimə təqdim edirdi.

Rəcəb Babaşov Məhəmməd Alıyevdən bu məlumatları aldıqdan sonra başladı Ayaz Əsgərovun qarasınca deyinməyə, danışmağa, gurlamağa, söyməyə, arvad kimi qeybət etməyə. Hər iclasda yerli-yersiz bu məsələni qabartdı, özündən əvvəlk başçını hamının içində aşağıladı, təhqir etdi: “əyyaş, alkaş, kabinetdə içib qusan, butulka dalında yatan” deyə rayona yaydı.

Günlərin bir günü Bakıda Prezident Administrasiyasının təşkil etdiyi iclas olub. Rəcəbin Ayaz haqqında danışdıqları da sahibinin qulağına çatıbmış. Tədbir zamanı Ayaz Rəcəbə xəbər göndərib ki, "kişisənsə, gəl üz-üzə danışaq". Rəcəb isə dovşan kimi aradan çıxıb, g..ü çatmayıb ki, Qazaxda arxasınca danışdığı adamın üzünə söz desin. Onu gücü sıravi camaata çatır axı”.

P.S. Biz redaksiya olaraq bu məlumata şərh vermirik, şərhi də, qərarı da səlahiyyəti çatanlar versinlər...