Sultan, Fatih, Avni...

Sultan, Fatih, Avni...

Ben bugün kimsesiz kaldım, Ey kimsesizler kimsesi

Fatih Sultan Mehmet (1432 – 1481) yunan, ərəb, latın, fars, italyan və ivrit dillərini bilir; Alimlərlə, şairlərlə, sənət adamları ilə söhbət etməyi çox sevirdi. O, dövrün ən məşhur müəllimlərindən təhsil almış, ədəbiyyat, fəlsəfə, tarix, coğrafiya və riyaziyyat sahələrində yüksək səviyyədə biliklər qazanmışdır.

O, kitab oxumağı sevir və uşaqlıqdan çox yaxşı rəsm çəkirdi. Hətta bu istedadı mühəndislik elmi ilə birləşdirərək İstanbulun fəthində istifadə olunan şahi topunun layihəsini şəxsən çəkmişdi.

Bütün bunlarla yanaşı, Fatih Sultan Mehmet "Avni" təxəllüsü ilə yazdığı şeirləri ilə də çox məşhurdur. Bu gözəl şeirlərdən birini sizinlə paylaşıram:

Hiç kimse yok kimsesiz

Herkesin var bir kimsesi

Ben bugün kimsesiz kaldım

Ey kimsesizler kimsesi

***

Kimse aradığım yollarda

Kimsesizlik kimsem oldu

Dinsin artık hicranın cana

Kimse aradığım yollar

Kimsesiz kimselerle doldu

Avni (Fatih Sultan Mehmet)

Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)

Mənbə: “Facebook”