Dünya çempionu bəlli oldu

Dünya çempionu bəlli oldu

Argentina-Fransa qarşılaşması başa çatıb

Bu gün futbol üzrə Dünya Çempionatının final qarşılaşması baş tutub. “Avronews” xəbər verir ki, Argentina və Fransa yığmaları üz-üzə gəlib.

Oyunun birinci hissəsi Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə başa çatıb. İkinci hissədə avropalılar hesabı bərabərləşdiriblər.

Bundan sonra matçda əlavə vaxt oynanılıb. 109-cu dəqiqədə argentinalılar 3-cü qola imza atblar. 118-cı dəqiqədə fransızların penalti zərbəsi ilə hesab yenə bərabərləşib.

Bundan sonra penaltilər seriyası başlayıb. Nəticədə Argentina komandası qələbə qazanaraq dünya çempionu olub.