İnsanlıq adına utanc

İnsanlıq adına utanc

Bir aylıq əyləncəyə 220 milyard dollar...

Qətərin futbol üzrə Dünya Çempionatının təşkilinə 220 milyard dollar xərc qoyduğu bildirilir. Bir aylıq əyləncəyə 220 milyard!

Dünyanın çox ölkəsinin illik ÜDM həcmindən, milli gəlirlərindən çoxdur. Dünyanın super dövlətlərindən, məsələn, Almaniyanın illik bütün təhsil və elm xərclərindən çoxdur.

Bu qədər bəşəri problemlərin olduğu, xüsusən də Şərqin özünün səfalətdən boğulduğu, elm insanlarının kitab yazmağa, məqalə çapına pulunun olmadığı, planetin böyük əksərinin günəmuzd 3-5 dollara səhərdən axşama qədər işlədiyi, cüzi məbləğdə xərci olan adi artezian quyularının, filter sistemlərinin olmadığına görə suya həsrət qalan milyonlarla insanların olduğu bir dünyada hansısa futbol əyləncəsinə 220 milyard dollar!

İnsanlıq adına utancvericidir.

Müəllif: Ramil Həsənov (araşdırmaçı)

Mənbə: “Facebook”