“Bigfoot” Zabit Səmədova qarşı – Bakıda döyüş olacaq
“Mix Fight” çempionatı çərçivəsində sentyabrın 10-da görüş baş tutacaq
Rusiyada iki dəfə nokautla məğlub olan UFC-nin ağır çəki dərəcəsində keçmiş çempionu, “Bigfoot” ləqəbli Antonio Silva turunu Azərbaycana köçürür və burada tayboks və kikboks üzrə keçmiş dünya və Avropa çempionu Zabit Səmədovla döyüşəcək.
Bakıda keçiriləcək “Mix Fight” çempionatı çərçivəsində sentyabrın 10-da kikboksinq görüşü baş tutacaq.
Rusiyanın “Axmat” klubunu təmsil edən, 38 yaşlı azərbaycanlı idmançı Zabit Səmədov uzun fasilədən sonra karyerasını ötən ilin oktyabrında Qroznıda keçirilən ACA 130 turnirində bərpa edib. O, kikboksinq görüşündə fransız Knife Didieri ikinci raundda texniki nokautla məğlub edib.
MMA, kikboksinq və yumruq döyüşləri də daxil olmaqla, 42 yaşlı Antonio Silva artıq ardıcıl on məğlubiyyət alıb - onlardan doqquzunu nokautla. Keçən ay “Bigfoot” iki dəfə - əvvəlcə Vyaçeslav Datsiklə boks görüşündə, sonra isə Oleq Popova qarşı MMA döyüşündə nokauta düşüb.
(fighttime.ru)