Məşhur futbolçu: “Barəmdə çoxlu cəfəngiyyat, böhtan, yalan...”

Məşhur futbolçu: “Barəmdə çoxlu cəfəngiyyat, böhtan, yalan...”

Levandovski “Bavariya” rəhbərliyini yalan danışmaqda ittiham edib

"Barselona"nın hücumçusu Robert Levandovski "Bavariya"nı onun komandadan ayrılması ilə bağlı yalan danışmaqda ittiham edib. O, fikrini belə izah edib:

“Gedişim “Bavariya”nın Haalandla maraqlanması ilə bağlı şayiələrlə bağlıdır? Xeyr! Bunun Erlinqlə heç bir əlaqəsi yoxdur. Əgər sual ondan gedirsə ki, “ayrılmaq qərarı ona görə verilib”, yox, onun “Bavariya”ya keçməsində problem görmədim.

Amma bəziləri mənə həqiqəti demir, başqa şey deyirlər. Mümkün qədər aydın olmaq, doğru qalmaq mənim üçün həmişə vacib olub və bəlkə də, bəzi insanlar üçün bu, problem olub. Gördüm və hiss etdim ki, bəlkə, indi “Bavariya”nı tərk edib “Barselona”ya keçməyin vaxtıdır.

Sonda baş verənlərin hamısının, bəlkə də, “Bavariya”nı tərk etməzdən bir neçə həftə əvvəldən, içində çoxlu siyasət var idi. Klub məni niyə başqa kluba sata biləcəkləri ilə bağlı arqument tapmağa çalışdı, çünki əvvəllər bunu azarkeşlərə izah etmək çətin idi.

Və mən buna dözməli oldum, halbuki haqqımda çoxlu cəfəngiyyatlar, çoxlu böhtanlar, yalanlar var idi. Ancaq sonda bilirdim ki, azarkeşlər, hətta bu müddət ərzində də məni çox dəstəkləyirlər”.

Qeyd edək ki, 33 yaşlı Levandovski bu yay "Bavariya"dan ayrılaraq, 45 milyon avro müqabilində "Barselona" ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.

(championat.com)