Jurnalist dünya çempionatını işıqlandıran zamanı dünyasını dəyişib

Jurnalist dünya çempionatını işıqlandıran zamanı dünyasını dəyişib

Telekanalın mətbuat xidməti yaydığı press-relizdə baş verənlərin təfərrüatını açıqlamayıb

Qətərin “Al Kass TV” telekanalının fotomüxbiri Xalid əl-Mislam 2022-ci il futbol üzrə Dünya Çempionatını işıqlandıran zaman vəfat edib. Telekanalın mətbuat xidməti yaydığı press-relizdə baş verənlərin təfərrüatını açıqlamayıb.

Bundan əvvəl “CBS Sports”-un jurnalisti Qrant Uol DÇ-2022-nin 1/4 final mərhələsinin Hollandiya və Argentina matçı zamanı dünyasını dəyişmişdi.

Uol yarışmaz zamanı Lusail Stadionundakı mətbuat otağında qəfildən huşunu itirib. Həkimlər ona yerindəcə təcili yardım göstəriblər, sonra xəstəxanaya aparılıb. Jurnalistin qardaşı bildirib ki, Qrant ürək-ağciyər reanimasiyasından keçib, lakin bu, kömək etməyib. Futbol icmalçısı dekabrın 10-u səhər saatlarında yerli xəstəxanada dünyasını dəyişib.

(sport-express.ru)