Bir əfsanənin sonu

Bir əfsanənin sonu

Pele dünyaya vəda etdi

Üçqat dünya çempionu, dünya futbolunun əfsanəsi, braziliyalı futbol ulduzu Pele vəfat edib. “Avronews” xəbər verir ki, dünya şöhrətli futbolçu 82 yaşında dünyaya vəda edib.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilmiş, sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi.

Xatırladaq ki, Pele 1958, 1962 və 1970-ci illərdə Dünya kubokunu qazanıb. O, 1376 oyunda 1285 qol vurub.