“Fənərbaxça” Putinə görə cərimələndi

“Fənərbaxça” Putinə görə cərimələndi

Qərar “Fənərbaxça” - “Dinamo” matçından sonra başlanmış intizam araşdırmasından sonra verilib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyənin "Fənərbağça" klubunu Kiyev "Dinamo"su ilə matçda meydançaya əşyalar ataraq "təxribatçı, təhqiramiz mesajlar" səsləndirdiyinə görə 50 min avro cərimələyib.

Bu qərar Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də İstanbulda keçirilən “Fənərbaxça” – Kiyev “Dinamo” matçından sonra başlanmış intizam araşdırmasından sonra verilib. Daha sonra türk komandasının azarkeşləri bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinin adını və soyadını səsləndiriblər. Bu, Ukrayna yığmasının matçda hesabı açmasından sonra baş verib.

UEFA intizam araşdırmasından sonra "Fənərbağça"ya rəsmi xəbərdarlıq, komandanın cərimələnməsi və UEFA-nın himayəsi altında Türkiyə klubunun ev stadionunun tribunalarının növbəti matç üçün qismən bağlanmasına qərar verib. Bundan əlavə, komandaya iki illik sınaq müddəti təyin olunur.

Matçın ertəsi günü “Fənərbaxça” rəhbərliyi “idman siyasətdən kənardır” prinsipinə əməl etdiklərini bildirərək, azarkeşlərinin davranışını pisləyib: “Səbəb nə olursa olsun, tribunalarımızın belə reaksiyasını qətiyyən alqışlamırıq. Bu, klubumuzun dəyərlərini və mövqeyini əks etdirmir, onları bütün azarkeşlərimizə aid etmək və məsuliyyəti klubumuzun üzərinə qoymaq ədalətsizlik olardı”.

“Dinamo”nun baş məşqçisi Mirça Luçesku oyunsonrası mətbuat konfransında iştirakdan imtina edib.

(DW)