Futbolla məşğul olan hər kəs üçün qaranlıq səhifə - VİDEO
“Adamlar qaçmağa çalışdılar, bir-birilərini itələdilər və onların çoxu öldü”
İndoneziyanın Səhiyyə Nazirliyi Malanq şəhərindəki stadionda izdiham nəticəsində 125 nəfərin öldüyünü təsdiqləyib. 300-dən çox yaralı var. Faciə şənbə günü “Arema” və “Perşebaya Surabaya” arasında futbol matçı bitdikdən sonra baş verib.
Polis bildirir ki, uduzan komandanın azarkeşləri meydançaya çıxmazdan əvvəl futbolçuları şüşələrlə atəşə tutublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, bu isə vəziyyəti daha da gərginləşdirib və tribunalarda izdiham yaradıb. İnsanlar, o cümlədən boğulma və kəllə-beyin travmalarından ölüblər.
İzləyicilər polisi qeyri-adekvat zorakılıqda ittiham edirlər: “Biz tribunada siqaret çəkirdik və birdən meydançada iğtişaş yarandı. Xatırladığım qədər, 14-cü tribunadan heç kim meydançaya qaçmadı, amma sonda polis bizə gözyaşardıcı qaz atdı. Adamlar qaçmağa çalışdılar, bir-birilərini itələdilər ki, baldızım da daxil olmaqla, çoxu öldü”.
FİFA rəhbəri Canni İnfantino Malanqdakı izdihamı “futbolla məşğul olan hər kəs üçün qaranlıq səhifə” adlandırıb. Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax həlak olanların ailələrinə başsağlığı verib.
(Euronews)