İcra başçısı şəhid xatirələrini satır - BİABIRÇILIQ

İcra başçısı şəhid xatirələrini satır -

“Rəcəb Babaşov şəhid dəfnlərində kövrəlir, pis olur, guya, amma...”

“Çox maraqlıdır ki, bu qədər yazılmasına baxmayaraq şəhəriçi işıq dirəklərindən “Abu Life” reklamları yığışdırılıb yerinə şəhid şəkilləri vurulmur. Görəsən, Qazax Rayon İcra Hakimiyyəti Elmardan nə qədər alıb ki, o reklamları çıxarda bilmir?”.

Bəlli olduğu kimi, söhbət Respublikanın qərb qapısından gedir – Qazaxdan. Bu məlumat da “Facebook”dakı “Qazaxlılar” səhifəsinə aiddir.

Məlumat belə davam edir:

“Qanuni olaraq “Abu Life”ın Qazax Bələdiyyəsi ilə müqaviləsi varsa, zəhmət olmasa, açıqlasınlar: hansı şərtlər əsasında bağlanıb müqavilə? Əks təqdirdə rüşvət alıb buna icazə veriblər. Rəcəb Babaşov şəhid dəfnlərində kövrəlir, pis olur, guya... amma adi dirəklərə şəhid şəkillərinin vurulmasına icazə vermir. Bu qədər absurd hərəkət olar?”.

Söhbət bilirsiniz hansı icra başçısından gedir? İlk təhsili aktyorluq olan Rəcəb Abas oğlu Babaşovdan.

İstəyəndə gülən, istəməyəndə ağlayan, lazım gələndə rüşvətə “yox” deyən, lazım gəlməyəndə Qazağı rüşvətə boğan – rayonu qarış-qarış satan, mədəniyyəti tapdayan, mənəviyyatı aşağılayan, namussuzluğu himayə edən, əxlaqsızlığı gizli-aşkar dəstəkləyən, yuxarıya kin-aşağıya qəzəb püskürən bir alverçidən gedir söhbət.

O alverçidən ki, Fazil Məmmədovun qara, Cavid Qurbanovun qapqara işlərini görüb – kişi kimi görsəydi də, dərd yarıydı...

O alverçidən ki, İqtisadiyyat Nazirliyində işləyən oğlunun sahib olduğu onlarla avtomobildən təkcə birinin dəyəri yarım milyon manatdır.

İndi də düşüb Qazağın canına, dövlət səlahiyyətlərindən geninə-boluna yararlanaraq, rayon sakinlərini dövlətə qarşı qışqırtmaqla məşğuldur.

Daimi oxucularımız Qazax Rayon İcra Hakimiyyəti (QRİH) və QRİH başçısı Rəcəb Abas oğlu Babaşovla bağlı redaksiyamıza daxil olan və işıqlandırdığımız məlumatlardan agahdır. Oxucuları yormamaq üçün həmin məlumatların bəzilərinin sadəcə linklərini təqdim edirik:

“Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər...”

“İşğaldan azad ediləcək kəndləri belimə yükləyəcəklər”

Rəcəb Babaşovun kriminal rejimi və Qazax camaatından fəryad

Qazax qara duman içində: “qaranlıq” başçıdan qara xəbər – FOTO, VİDEO

Satan başçı: bircə şəhidlik qalmışdı... - FOTO, VİDEO

Cəsur başçı meydan oxudu: “Arxamda Cavid Qurbanov dayanıb”

Başçıdan Prezidentin gənc kadrlarına qarşı “qara piar”: “Südəmər”, “matışka”, “kukla”

Yüksək vəzifəli məmurdan Azərbaycan bayrağına həqarət – FOTOFAKT

Rəcəb Babaşovdan müdhiş “əxlaqsızlıq əməliyyatı”

Qazağın icra başçısından seçki təlimatı: “Yaz ki, Ağstafa “yatır”...

İcra başçısı icra başçısına qarşı: “Alkaş, əyyaş, içib qusan...”

Qazaxda seçki narazılıqları