“Yeni dalğanın başlanğıcındayıq, yoluxma sayı artacaq” – RƏSMİ XƏBƏRDARLIQ
Təyyar Eyvazov: “Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq”
“Koronavirusun yeni bir dalğasının başlanğıcındayıq. Yaxın vaxtlarda yoluxma hallarının artacağı gözlənilir ”.
“Avronews” xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov verib.
“İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Burada bir neçə həftədən söhbət gedir. Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq”, - deyə o bildirib.