Sayımız açıqlandı
Əhalinin sayı 0,4 faiz artıb
Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq, 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.
“Avronews” bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadın xəbər verir.
Məlumata görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edir. Kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eynilik təşkil edir.