Büdcədə 371 milyonluq “digər təqaüdlər”

Büdcədə 371 milyonluq “digər təqaüdlər”

Təqaüdlərin müyyən edilməsini və ödənilməsini tənzimləyən hansı normativ aktlar var?

Büdcə ilə bağlı bir maraqlı məqam var, həvəsi olan jurnalistlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən maraqlana bilər. Hətta bu gün büdcə müzakirəsi var, orda da dəqiqləşdirmək olar.

Dövlət büdcəsindən təqaüdlərə hər il xeyli vəsait ayrılır. 2023-cü ildə də 16 milyon manat artımla 556 milyon manata çatdırılıb.

Büdcə sənədində həmin vəsaitin bir sıra istiqamətləri aydın görünür. Məsələn, fəxri adlara, Milli Qəhrəman adına, 20 Yanvar şəhidlərinin aillərinə, fərdi təqaqüdlər, şəhid ailələrinə və s.

Amma nəzərdə tutulan vəsaitin böyük hissəsi - 371 milyon manatı "digər təqaüdlər" maddəsi altında xərclənəcək.

1-ci sual budur ki, "digər" dedikdə nələr nəzərdə tutulur.

2-ci sual budur: pensiya və sosial müavinətlər qanunla tənzimlənir. Bəs təqaüdlərin müyyən edilməsini və ödənilməsini tənzimləyən hansı normativ aktlar var?

Müəllif: Rövşən Ağayev (iqtisadçı ekspert)

Mənbə: "Facebook"