Azərbaycanda COVID-19-a 6 yeni yoluxma faktı qeydə alınıb
Analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb. “Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.
Rəsmi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 827 909 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 600 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 228 nəfərdir.
Ölkədə son sutka ərzində 634, hazırkı dövrədək isə 7 485 294 test aparılıb.