Türkiyədəki Azərbaycan vətəndaşlarına müraciət
Soydaşlarımızdan konsulluqla əlaqə saxlamaqları xahiş olunur
Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan vətəndaşlarımıza müraciət edib. “Avronews” xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.
Müraciətdə Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı “qaynar xətt” vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48.