Azərbaycanda son sutkada 105 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 105 nəfər COVID-19-a yoluxub

Koronavirus üçün analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb. “Avronews” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.

Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 444 231 test aparılıb.