Kəskin soyuqlar düşə bilər
Umayra Tağıyeva: “Gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq”
"Qış fəsli üçün bütün qurumların hazırlıq işləri aparması təqdirəlayiqdir. Çünki biz görürük ki, gözlənilmədən iqlim dəyişmələri fonunda hava sürprizləri ilə qarşılaşırıq”.
Bunu ekologiya və təbii sərvətlər nazirin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, noyabr ayında temperaturun normadan 7 dərəcə yüksək olması gözlənilmirdi: “Lakin belə oldu. Buna görə bu il qış fəslində kəskin soyuq dövrlər də istisna edilmir. Lakin yaxın bir həftə, on gün ərzində biz hələ ki havanın temperaturunun ciddi dərəcədə azalacağını gözləmirik”.