Azərbaycan MN: Ermənistanın iddiaları yalandır

Azərbaycan MN: Ermənistanın iddiaları yalandır

“Azərbaycan Ordusunun Ermənistan bölmələrinə atəş açması xəbəri həqiqəti əks etdirmir”

Noyabrın 24-ü saat 21:30-dan 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir.

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - MN bəyan edir.