Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Temperatur 44 dərəcəyə yüksələcək

İyulun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. “Avronews” Milli Hidrometeorologiya Xidmətinin rəsmi məlumatına istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Rayonlarda hava yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-41°, bəzi yerlərdə 43-44° isti, dağlarda gecə 10-15° isti, gündüz 28-33° isti olacaq.