Avropa istidən qovrulur – 237 nəfər həyatını itirib

Avropa istidən qovrulur –

İspaniyada “qırmızı” həyəcan, Britaniyada fövqəladə vəziyyət elan edilib

İspaniyada iyulun 10-dan 15-dək 45 dərəcəni keçən qızmar hava şəraiti səbəbindən 237 nəfər dünyasını dəyişib. Bu barədə Səhiyyə Nazirliyinin tabeliyində olan III Karlos Sağlamlıq İnstitutu məlumat yayıb.

İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava təhlükəsi səviyyəsini “sarı” və “narıncı”ya qədər yüksəldib. Bəzi əyalətlərdə həyəcan həddi ən yüksək səviyyəyə - "qırmızı"ya (həddindən artıq təhlükə) qaldırılıb.

Bir neçə gün əvvəl bildirilirdi ki, Böyük Britaniyada da ilk dəfə olaraq həddindən artıq istilərə görə fövqəladə vəziyyət elan edilib. Temperaturun 40 dərəcəni keçdiyi qeyd olunur.

(lenta.ru)