Ermənistanda iki türk saxlanılıb

Ermənistanda iki türk saxlanılıb

Polis bir qrup şəxsin iştirakı ilə insident baş verdiyini açıqlayıb

Ermənistanın Vedi rayonunda yerli sakinlərlə iki türk əsilli şəxs arasında insident baş verib. Polisdə və İstintiaq İdarəsində bununla bağlı materiallar hazırlanır.

Avqustun 1-də saat 23:00-da Ararat polis şöbəsinə Vedi şəhərində, Arakel Simonyan meydanında avtomobildə iki şübhəli əcnəbi vətəndaşın göründüyü barədə siqnal daxil olub. Ermənistan polisindən verilən məlumata görə, polisin əməliyyat qrupu onları şöbəyə çatdırıb, sənədlər ibtidai istintaq orqanına təhvil verilib. Departament təfərrüatları açıqlamayıb.

Ermənistanın İstintaq Komitəsi təsdiqləyib ki, milliyyətcə türk olan xarici vətəndaşlarla bağlı materiallar hazırlanır. Ermənistan polisinin rəisi Ara Fidanyan bir qrup şəxsin iştirakı ilə insidentlə bağlı məlumatı təsdiqləyib. O bildirib ki, polis təfərrüatı araşdırır.

(Armeniatoday)