Serbiya gey-parada qadağa qoydu
“Qanunlara, şəxsi və siyasi maraqlara hörmət edin”
Serbiyanın Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 17-də keçirilməsi planlaşdırılan “EuroPride 2022” Belqrad gey-paradının iştirakçılarının yürüşünü qadağan edib.
DİN-dən bildirilib ki, bu qərar ölkə konstitusiyasına uyğundur və “İctimai çıxışlar haqqında” qanun əsasında qəbul edilib.
Serbiyanın daxili işlər naziri Aleksandr Vulin vətəndaşları “qanunlara, şəxsi və siyasi maraqlara hörmət etməyə” çağırıb.
Sentyabrın 11-də Belqradda ənənəvi dəyərlərin müdafiəsi üçün kütləvi yürüş keçirilib və KİV-in məlumatına görə, minlərlə yerli sakin iştirak edib.
(mk.ru)