Ruslar “Coca-Cola”nı “milliləşdirdilər”

Ruslar “Coca-Cola”nı “milliləşdirdilər”

“Vkusno-i Toçka” şəbəkəsinin restoranları “Dobrı Cola” brendi ilə içki satışına başlayıb

ABŞ-ın məşhur “McDonalds” brendi Ukrayna ilə müharibəyə görə Rusiyanı tərk etdikdən sonra onun yerinə “Vkusno-i Toçka” brendi gəlib. Daha çox “McDonalds”ın yeməklərinin plagiatı ilə məşğul olan brend daha bir plagiat yeniliyə əl atıb.

Sentyabrın 15-dən “Vkusno-i Toçka” şəbəkəsinin restoranları “Dobrı Cola” brendi ilə “Coca-Cola” satışına başlayıb.

"İndi bütün sevimli və məşhur ləzzətləri olan içkilər “Dobrı” brendi altında tədarük ediləcək və eyni həcmdə sifariş götürülə bilinəcək", - deyən restoranlar şəbəkəsinin nümayəndələri içkilərin Rusiya ərazisindəki bütün şəbəkələrdə satılacağını qeyd ediblər.

Avqustun ortalarında “McDonalds” restoranlarını satın alan “Vkusno-i Toçka” şəbəkəsinin açıldığı gündən bəri 500-dən çox müəssisəni yenidən açdığı və 10 000-dən çox yeni işçinin işə götürüldüyü bildirilir.

(aif.ru)