Avropa Komissiyasının Prezidenti: “Ukraynada 100 min nəfər həlak olub”
“Rusiyanın başladığı təcavüzkar müharibə ölkəyə 600 milyard avro məbləğində ziyan vurub”
“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində Ukraynada 20 mindən çox mülki şəxs həlak olub. Ukraynanın ümumi itkiləri təxminən 100 min nəfərdir”.
“Avronews” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “Twitter”də məlumat paylaşıb.
“Ukraynaya dəyən zərər 600 milyard avro həcmindədir. Rusiya cinayətləri ilə məşğul olmaq üçün ixtisaslaşdırılmış məhkəmə yaratmaq istəyirik. Buna görə Beynəlxalq Cinayət Məhkəməsi ilə işlərimiz davam edir”, - deyə o vurğulayıb.