Qaradərilini öldürən polisə daha 252 ay həbs cəzası
Hər iki hökm eyni vaxtda icra olunacaq
ABŞ-da afro-amerikalı Corc Floydu öldürməkdə təqsirli bilinən keçmiş polis zabiti Derek Şovin, qurbanın mülki hüquqlarını pozduğuna görə, növbəti müddətə azadlıqdan məhrum edilib. Bu barədə NBC məlumat yayıb.
Minnesota səlahiyyətliləri onu ikinci və üçüncü dərəcəli qətldə təqsirli bildikdən sonra, keçmiş polis artıq 22,5 illik həbs cəzası çəkir.
İndi hakim Şovini onlardan 7 ay çıxmaqla, 252 ay həbs cəzasına məhkum edib ki, bu da məhbusun artıq çəkdiyi vaxtdır. Hər iki hökm eyni vaxtda icra olunacaq.
Qeyd edək ki, 25 may 2020-ci ildə polis məmuru Derek Şovin Minneapolisdə, saxladığı 46 yaşlı afro-amerikalı Corc Floydu öldürüb. Polislər şübhəli şəxsi asfaltın üzərinə qoyub, Şovin isə dizi ilə boynuna basaraq Floydun əlindən tutub. Saxlanılan şəxs nəfəs ala bilmədiyini deyib, daha sonra isə huşunu itirib. O, xəstəxanaya aparılıb və tezliklə orada dünyasını dəyişib.
(NBC)