Gənc Baş nazir istefa verdi: “Artıq gücüm qalmayıb”

Gənc Baş nazir istefa verdi: “Artıq gücüm qalmayıb”

Onun rəhbərlik etdiyi illər bir neçə çətin sınaqlardan keçib

Yeni Zelandiyanın Baş naziri xanım Casinda Ardern emosional çıxışında artıq vəzifədə xidmət etmək üçün enerjisinin olmadığını etiraf edərək, gələn ay Yeni Zelandiyanın Baş naziri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

42 yaşlı Ardern deyib ki, altı çətin baş nazirlik ili onu yorub. O, fevralın 7-dən gec olmayaraq Leyboristlər Partiyasının lideri vəzifəsini tərk edəcək. Yaxın günlərdə onun yerinə namizədin müəyyənləşdirilməsi üçün səsvermə keçiriləcək. Oktyabrın 14-də Yeni Zelandiyada ümumi seçkilər keçiriləcək.

Xanım siyasətçi yay tətilində gələcək taleyini düşündüyünü bildirib: "İşləməyə davam etmək üçün lazımi gücü tapacağıma ümid edirdim, amma təəssüf ki, tapmadım. Davam etsəydim, Yeni Zelandiyaya ayı xidməti göstərmiş olaram".

Casinda Ardern 2017-ci ildə 37 yaşında Baş nazir seçilərək dünyanın ən gənc qadın hökumət başçısı olub. Onun rəhbərlik etdiyi illər bir neçə çətin sınaqlardan keçib. O cümlədən COVID-19 pandemiyası, Kraystçörç məscidində atışma və Ağ Adada vulkan püskürməsi.

(BBC)