Nəhəng dalğa qarşısında: Çin yumşalmalara getdi
Görünməmiş etiraz dalğasından sonra məhdudiyyətlər yüngülləşdirilir
Barrikadaların sökülməsi, ticarət mərkəzlərinin və restoranların yenidən açılması, test üçün növbələrin olmaması - Çin "sıfır COVID siyasəti" çərçivəsində qadağalara qarşı görünməmiş etiraz dalğasından sonra sanitar məhdudiyyətləri yüngülləşdirir.
Şenjen və Pekin kimi böyük şəhərlərdə sakinlərdən artıq ictimai nəqliyyatda səyahət etmək üçün mənfi nəticəli test təqdim etmələri tələb olunmur.
“Reuters” agentliyi Çin rəhbəri Si Szinpindən sitat gətirir ki, daha az ölümcül “Omicron” dominant seçimə çevrilib və bu, pandemiya ilə mübarizədə "daha çox çevikliyə yol açır".
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pekinin qərarını alqışlayıb. ÜST-nin fövqəladə hallar üzrə rəhbəri Maykl Rayan “İnsanlar əziyyət çəkəndə hökumətlərin öz xalqını dinləmələri çox vacibdir” deyib.
(Euronews)