Qaraqalpaqsıtanda fövqəladə vəziyyət elan edilib
Regionda Özbəkistan konstitusiyasına dəyişikliklərə qarşı etirazlar keçirilir
Özbəkistanın Qaraqalpaqıstan muxtariyyətində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət tətbiq edilib. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
İyulun 2-də Mirziyoyev Qaraqalpaqıstanın paytaxtı Nukus şəhərinə gəlib. Regionda Özbəkistan konstitusiyasına dəyişikliklərə qarşı etirazlar keçirilir.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədi ilə Prezidentin sərəncamı ilə iyulun 3-ü saat 00:01-dən etibarən 2022-ci il avqustun 2-si saat 00:00-dək Qaraqalpaqıstan Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilir”, - deyə mətbuata açıqlamada bildirilir.
“Özbəkistan 24” telekanalı xəbər verir ki, fövqəladə vəziyyət rejimi dövründə bölgədə yerli vaxtla saat 21:00-dan səhər saat 7:00-a qədər komendant saatı tətbiq olunacaq.
Qaraqalpaqıstanda etirazlar iyulun 1-də hakimiyyətin yeni konstitusiya layihəsini təqdim etməsindən sonra başlayıb. Düzəlişlər regionun suverenliyindən və referendum nəticəsində Özbəkistandan ayrılmaq hüququndan məhrum edilməsini təklif edir. Qaraqalpaqıstan hakimiyyəti etirazları “dövlət administrasiyasını ələ keçirmək cəhdi” adlandırıb.
Şavkat Mirziyoyev bölgəyə gəlib. Yerli parlamentin deputatları ilə görüşdə Prezident Mirziyoyev təklif edilən düzəlişlərdən muxtariyyətin suverenliyinin ləğvi ilə bağlı müddəanın çıxarılmasını təklif edib.