Çinin yeni-köhnə rəhbəri seçildi

Çinin yeni-köhnə rəhbəri seçildi

Yeddi nəfərdən ibarət Siyasi Büro da müəyyənləşib

Si Tsinpin üçüncü müddətə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi seçilib. “Avronews” xəbər verir ki, Mərkəzi Komitə həmçinin partiyanın yeni Siyasi Bürosunu seçib. Büroya yenə yeddi nəfər daxil olub.

Səsvermə Çin Kommunist Partiyasının XX Mərkəzi Komitəsinin birinci plenumunda baş tutub. Si Tsinpin, Li Syan, Çjao Leszi, Van Xunin, Li Si, Çay Çi və Din Syusyan Siyasi Büronun Daimi Komitəsinin üzvləri seçiliblər.