İran: 100-dən çox ölü, 5000-dən çox həbs və...

İran: 100-dən çox ölü, 5000-dən çox həbs və...

Neft emalı zavodlarının işçiləri də tətilə başladılar

“İranın Kürdüstan əyalətinin Senendej şəhərində təhlükəsizlik qüvvələri dinc etirazları yatırmaq üçün odlu silah və gözyaşardıcı qazdan istifadə edirlər”, - deyə hüquq müdafiəçiləri bildirirlər.

Ölkənin hər yerində mobil rabitə və internetdə fasilələr var. Hakimiyyətin addımlarına baxmayaraq, İranda etiraz hərəkatı zəifləmir. Tələbələr küçələrə çıxır, qadınlar hicablarını çıxarır, bəzi hallarda hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərin tərəfinə keçirlər.

Hüquq müdafiəçilərinin hesablamalarına görə, hökumət əleyhinə etirazlar başlayandan bəri 100-dən çox adam ölüb, o cümlədən 20-yə yaxın yeniyetmə...

5000-dən çox həbsin olduğu məlumdur. Nümayişlər və tətillər bütün ölkəni bürüyüb. Bazar ertəsi Buşehr əyalətinin Eseluye rayonunda iki neft emalı zavodunun işçiləri etiraz olaraq işlərini tərk ediblər.

(Euronews)