“WhatsApp”ı külli miqdarda cərimə gözləyir
Şirkət istifadəçilərin məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə ittiham olunur
“WhatsApp”ı rusların məlumatlarını lokallaşdırmaqdan dəfələrlə imtina etdiyinə görə 18 milyon rubla qədər cərimə gözləyir. Bu barədə “RİA Novosti”yə Moskvanın Taqanski məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Moskvanın Taqanski rayonunun 422 saylı məhkəmə dairəsinin magistraturasına “WhatsApp” MMC-yə münasibətdə “Roskomnadzor” tərəfindən tərtib edilmiş inzibati xətalar haqqında protokol əsasında başlanmış inzibati iş daxil olub.
Ötən il avqustun sonunda messencer rusiyalı istifadəçilərin məlumatlarını lokallaşdırmaqdan imtina etdiyinə görə artıq 4 milyon rubl cərimə olunub. "Fərdi məlumatlar haqqında" qanun Rusiya və xarici şirkətləri rusların şəxsi məlumatlarını yalnız Rusiya Federasiyasının ərazisində saxlamağa məcbur edir.
Lokallaşdırma tələbi Rusiya Federasiyasında fiziki iştirakı olmayan xarici şirkətlərə, əgər onlar ölkə ərazisinə yönəlmiş fəaliyyətlər həyata keçirirlərsə, tətbiq edilir.
(www.rg.ru)