Murmanskda kütləvi dava: soydaşlarımız saxlanılıb

Murmanskda kütləvi dava: soydaşlarımız saxlanılıb

Baş verənləri yalnız millətlərarası münaqişə kimi qələmə vermək düzgün deyil

Murmansk vilayətinin Kovdor şəhərində xuliqanlıqla bağlı cinayət işi çərçivəsində üç nəfər saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İstintaq orqanları bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma yolu ilə törədilmiş xuliqanlıq cinayəti ilə bağlı araşdırma aparır. Düzgün planlaşdırılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 1991, 2001, 2003-cü il təvəllüdlü üç nəfər saxlanılıb.

Saxlanılan şəxslərə qarşı ittiham irəli sürülməsi və həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. İstintaq davam edir. Əməkdaşlar Kovdor şəhərində ictimai asayişin pozulmasının səbəblərini, şərtlərini, habelə bütün şəxsləri müəyyən edirlər.

Xatırladaq ki, iyulun 4-də Kovdor şəhərində kafenin yaxınlığında gecə saatlarında azərbaycanlıların iştirakı ilə baş vermiş kütləvi dava zamanı 4 nəfərin yaralandığı məlum olub. İki qrup gənc arasında münaqişə yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınıb, 8 nəfər polis şöbəsinə gətirilib, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. İstintaqın gedişi Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə istintaq idarəsinin rəisi Andrey Yefremovun nəzarətindədir.

Sosial şəbəkə istifadəçiləri hər şeyin, yanında üzdən azyaşlıya oxşayan qız olan kişini kluba buraxmayan mühafizəçilərin hərəkətlərindən sonra baş verdiyini bildiriblər. Davadan sonrakı gecə onlarla yerli sakin Kovdor küçələrinə çıxıb. Sosial şəbəkələrdə və yerli mediada iştirakçıların digər şeylərlə yanaşı, münaqişə tərəflərindən birinə qarşı ksenofob şüarlar səsləndirdiyi videoyazılar yayımlanıb.

Murmansk vilayətindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”nin məlumatına görə, insidentin səbəbi millətlərarası münasibətlərdə deyil, uzun sürən maliyyə münaqişəsidir. Kovdorda cəmi 50-yə yaxın azərbaycanlı yaşayır.

Rusiyanın Etnik Məsələlər üzrə Federal Agentliyinin rəhbəri İqor Barinov bildirib ki, münaqişəli vəziyyət ayrı-ayrı şəxslərin qanunsuz fəaliyyəti ilə bağlıdır və baş verənləri yalnız millətlərarası münaqişə kimi qələmə vermək düzgün deyil. Onun sözlərinə görə, Millətlər üzrə Federal Agentliyin nümayəndəsi Murmansk vilayətinə gedib.

(www. rossaprimavera.ru)