Vətən müharibəsindən sonra 63 min hektar ərazi minalardan təmizlənib
Ümumilikdə 80 min 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
Azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. “Avronews” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“Ümumilikdə 80 min 958 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Vətən müharibəsində şanlı Ordumuzun Qələbəsindən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş və müharibə təsirinə məruz qalmış ərazilərin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi istiqamətində fəal iş aparır”, - deyə o bildirib.