Sulu qar yağacaq

Sulu qar yağacaq

Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. “Avronews” Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.