Əsgərimiz həlak olub

Əsgərimiz həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. “Avronews” Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, hadisə texniki qəza nəticəsində baş verib.

Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlu iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.