“Mina qurbanların sayı artmaqda davam edir” – ANAMA sədri
Vətən Müharibəsinin başa çatmasından indiyədək mina qurbanlarının sayı açıqlanıb
İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 282 nəfər minaların qurbanı olub.
“Avronews” xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov deyib.
“Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub. Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”, - deyə o bildirib.