Ölkədə koronavirusa yoluxan və sağalananların sayı açıqlanıb

Ölkədə koronavirusa yoluxan və sağalananların sayı açıqlanıb

Son sutka ərzində COVID-19 infeksiyası əleyhinə 353 vaksin vurulub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. “Avronews” bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, 10 081 nəfər vəfat edib, aktiv xəstə sayı 237 nəfərdir. Ölkədə son sutka ərzində 1 917, hazırkı dövrədək isə 7 483 242 test aparılıb.

Məlumata görə, ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə 353 vaksin vurulub.